Bu ölkədə satılan 508 mindən çox “Camry”də “defekt” aşkarlandı


“Toyota” şirkəti ABŞ-də 508 min 354 ədəd avtomobili geri çağırır.
Yeniavaz.com
“Reuters”ə istinadən xəbər verir ki, buna səbəb bəzi avtomobillərdə cihazlar panelinin işə salınma zamanı sıradan çıxaraq mühüm təhlükəsizlik məlumatlarını göstərməməsi və bunun qəza riskini artırmasıdır.
ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasının (NHTSA) yaydığı məlumata görə, geri çağırılma 2025 və 2026-cı model ilinə aid bəzi “Toyota Camry Hybrid” avtomobillərinə şamil olunur. Söhbət 2024-cü il avqustun 15-dən 2026-cı il iyunun 9-dək istehsal edilən avtomobillərdən gedir.
Bildirilib ki, “Toyota” problemi aradan qaldırmaq üçün avtomobillərin cihazlar panelinin proqram təminatını pulsuz yeniləyəcək.

DİGƏR XƏBƏRLƏR

Top