Ronaldinyo bu kluba ortaq olur


2002-ci il FIFA dünya çempionu və “Qızıl top” mükafatçısı Ronaldinyo “Monako” basketbol klubuna investor ola bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “L'Equipe” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, klub ciddi maliyyə problemləri ilə üzləşir.
Bazar ertəsi Ronaldinyo “Monako”nun baş meneceri Aleksey Yefimova məktub göndərərək, “Clayton Sport” Andorra investisiya fondunun dəstəyi ilə kluba investisiya qoymaq niyyətində olduğunu bildirib.
Qeyd edək ki, üçqat Fransa çempionu olan “Monako” turnirin hazırkı çempionudur. Komanda iki dəfə Fransa Kubokunu və bir dəfə Avropa Kubokunu qazanıb.
Xatırladaq ki, Ronaldinyo 2003-cü ildən 2008-ci ilə qədər “Barselona”da oynayıb. Komanda ilə iki La Liqa və Çempionlar Liqası titulunu qazanıb. O, həmçinin Fransada PSJ, İtaliyada “Milan”, Braziliyada isə “Flamenqo”, “Atletiko Mineyro”, “Qremio” və “Fluminense” klublarında oynayıb.
O, Braziliya milli komandası ilə 1999-cu ildə Amerika Kubokunu qazanıb və 2008-ci il Olimpiya Oyunlarında bürünc medalın sahib olub.

DİGƏR XƏBƏRLƏR

Top