
Dünya xəritəsində mövcud olan 200-dən artıq ölkə arasında sahəsi bəzi şəhərlərdən belə kiçik olanlar var.
Yeniavaz.com xəbər verir ki, bu dövlətlərin bəziləri Avropada yerləşsə də, siyahıda əsasən ada ölkələri üstünlük təşkil edir.
Onlar coğrafi baxımdan kiçik olsa da, iqtisadi, siyasi və mədəni baxımdan dünyada əhəmiyyətli rol oynayırlar. Ərazilərinin kiçik olmaları idarəçiliyin daha güclü və nəzarətin daha effektiv olması anlamına gələ bilər.
Maraqlıdır ki, bu ölkələrin bir çoxu turizm sahəsində olduqca məşhurdur və milyonlarla insanı özünə cəlb edir.
Dünyanın ən kiçik 10 ölkəsinə nəzər salaq:
Vatikan – dünyanın ən kiçik ölkəsidir. Ərazisi cəmi 0,49 km²-dir və Roma şəhərinin daxilində yerləşir.
Monako – təxminən 2 km² ərazisi ilə ikinci ən kiçik dövlətdir. Aralıq dənizi sahilində yerləşən ölkə yüksək yaşayış səviyyəsi ilə tanınır.
Nauru – təxminən 21 km² ərazisi olan ada dövlətidir və Sakit okeanda yerləşir.
Siyahının digər pillələrində Tuvalu, San-Marino, Lixtenşteyn, Marşall Adaları, Sent-Kits və Nevis, Maldiv Adaları və Malta yer alır.
Sakit okeandakı Tuvalu cəmi 26 km² əraziyə malikdir və iqlim dəyişikliyinin təsirlərinə ən həssas ölkələrdən biridir. İtaliya ərazisində yerləşən San-Marino 61 km² sahəsi ilə dünyanın ən qədim respublikalarından sayılır.
İsveçrə və Avstriya arasında yerləşən Lixtenşteyn isə 160 km² ərazisi ilə Alp dağları arasında yerləşən kiçik dövlətdir. Marşall Adaları və Tuvalu kimi ada dövlətləri əsasən dəniz səviyyəsinin yüksəlməsi və iqlim dəyişiklikləri iləbağlı problemlərlə üzləşir. Karib dənizindəki Sent-Kits və Nevis 261 km², Maldiv Adaları isə 298 km² əraziyə malikdir. Siyahını 316 km² ərazisi olan Malta tamamlayır.
Tətbiqimizi yükləyə bilərsiniz