
Ötən gün Xəzər rayonu, Buzovna qəsəbəsində, ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə Seymur Allahverdiyevin meyiti tapılıb.
Yeniavaz.com xəbər verir ki, FHN 1996-cı il təvəllüdlü S. Allahverdiyevin meyitinin sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verildiyini açıqlayıb.
Tanınmış bloger Ləman Rüstəmi bildirib ki, meyiti tapılan şəxs “Krosna” qrupunun solisti Seymur Allahverdiyevdir.
Tətbiqimizi yükləyə bilərsiniz