Xamenei niyə ictimaiyyət qarşısına çıxmır? – SEPAH açıqladı


İranın Ali Lideri Müctəba Xamenei yalnız təhlükəsizlik səbəbləri ilə əlaqədar ictimaiyyət qarşısında çıxışlardan yayınır.
Yeniavaz.com
xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanının müşaviri Məhəmməd Rza Naqdi PBS telakanlına verdiyi müsahibəsində bildirib.
“Bu strategiya onun işidir. Düşmənlərimiz cinayətkardır və qanuna tabe olmurlar”, - deyə o, Xameneinin niyə ictimaiyyət qarşısına çıxmaması ilə bağlı sualı cavablandırarkən qeyd edib.
Lakin SEPAH-ın baş komandanının müşaviri Xamenei ilə şəxsən görüşüb-görüşmədiyi barədə suala cavab verməkdən yayınıb.
Qeyd edək ki, Müctəba Xamenei ABŞ-İsrail hərbi əməliyyatının başlamasından bəri ictimaiyyət qarşısına çıxmayıb. Əməliyyat nəticəsində atası, İranın keçmiş Ali Lideri Əli Xamenei həlak olub. Tehranın dəfələrlə bəyan etdiyi kimi, Müctəba Xameneinin sağlamlığı təhlükə altında deyil.

DİGƏR XƏBƏRLƏR

Top