Xudatda sərhədi pozmaq istəyən iki əlcəzairli saxlanıldı


Azərbaycandan Rusiya istiqamətində 2 (iki) nəfər Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşı dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Bildirilib ki, hadisə Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində baş verib.
Məlumata görə, saxlanılan şəxslər 1994-cü il təvəllüdlü Makhlouf Houari və 1996-cı il təvəllüdlü Brahim Houaridir.
Qeyd olunub ki, fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

DİGƏR XƏBƏRLƏR

Top