Bu il dünyada 1,46 mlrd. ədəd smartfon istehsal ediləcək

2016-cı ildə dünya üzrə istehsal edilmiş smartfonların sayı 4,7% artaraq 1,36 mlrd. ədəd olub. Rusiya mətbuatının xəbərinə görə, bu barədə “TrendForce” analitik şirkətinin ekspertləri bildirib. Onların sözlərinə görə, 2016-cı ildə “Samsung” şirkəti “Galaxy Note 7” modeli ilə bağlı uğursuzluğa düçar olsa da (3,3% azalma), smartfon bazarında liderliyini qoruyub saxlaya bilib.

Qeyd edək ki, ötən il Cənubi Koreya şirkəti üçün çox çətin keçib. “Galaxy Note 7” smartfonlarının akkamulyatorlarında olan nasazlıq səbəbindən "Samsung" planlaşdırıldığı tədarük həcminə nail ola, bazardakı payının azalmasının qarşısını ala bilməyib. Belə ki, şirkətin 2014-cü ildə qlobal smartfon bazarına tədarükü 28% olduğu halda, 2015-ci ildə bu göstərici azalaraq 24,7%, 2016-cı ildə isə 22,8% təşkil edib.

Yaranmış vəziyyət rəqbiblərin - Çinin “Huawei”, “Oppo” və “Vivo” kimi brendlərinin güclənməsi ilə izah olunur. Ötən ilin nəticələrinə görə, bu şirkətlər aparıcı smartfon brendlərinin reytinqində 3-5-ci yerləri tutublar. “Apple” şirkətinin smartfon bazarındakı payı isə 15,3% təşkil edib. Bununla belə, smartfonların top onluq siyahısında Çinin daha 4 şirkəti (“Xiaomi”, “Lenovo”, “TCL” və “ZTE”) qərarlaşıb.

“TrendForce”in məlumatına görə, sözügedən ölkənin smartfon istehsalçıları ötən il 629 mln. smartfon istehsal edərək “Samsung” və “Apple” şirkətlərinin ümumi göstəricilərini (519 mln.) ötüblər. Bununla belə, analitik şirkətin proqnozuna görə, dünyada 2017-ci il üzrə smartfon istehsalının həcmi 1,46 milyarda yaxınlaşacaq. Bu zaman bazarın lideri olan “Samsung” çətinliklər yaşayacaq və payını bir qədər də itirəcək (şirkətin payının 22,6%-ə düşəcəyi gözlənilir). Tədqiqat reytinqində 6-cı yeri tutan “LG”nin nəticələri də ətraflı araşdırılıb. Bu şirkət ötən dövr ərzində smartfon istehsalını yalnız 10% (75 mln. ədəd) artıra bilib.Report

DİGƏR XƏBƏRLƏR

Top