
Ermənistan parlamentinin keçmiş spikeri Alen Simonyan toya hazırlaşır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, toy mərasimi sentyabrın 5-nə planlaşdırılır.
Mərasimin Crvejdəki “Palladium Hall” restoran kompleksində keçiriləcəyi bildirlir.
Toya müxtəlif dairələrin - siyasi və hökumət dairələrinin nümayəndələri, eləcə də Simonyanın ailəsi və dostları dəvət olunub.
Lakin toyda hazırda Simonyanla münasibətləri soyuq olduğu iddia edilən Baş nazir Nikol Paşinyanın iştirak edib-etməyəcəyi barədə məlumat verilimir.
Simonyan və Paşinyanın uzun siyasi karyeralarını, eləcə də hökumət daxilindəki son dəyişiklikləri nəzərə alsaq, Baş nazirin Simonyanın toyunda iştirak edib-etməyəcəyi maraq doğurur.
Qeyd edək ki, 46 yaşlı Simonyanın həyat yoldaşı 26 yaşlı aktrisa-model Aneliya Qubryandır. O, uzun müddətdir ki, Simonyanın qanuni həyat yoldaşıdır. Belə ki, onlar bu ilin fevral ayında nişanlanıblar, iyun ayında isə rəsmi nikaha daxil olublar.
Xatırladaq ki, bu, sayca Simonyanın üçüncü nikahıdır.
Tətbiqimizi yükləyə bilərsiniz