
Ötən il Azərbaycanda müxtəlif hüquqpozmalarla əlaqəli daxili işlər orqanlarına 7 min 289 nəfər yetkinlik yaşına çatmayan şəxs gətirilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu şəxslərin 12,8%-i və ya 936 nəfəri dilənçilik edənlər olub.
Müqayisə üçün bildirək ki, dilənçilik etdiyi üçün daxili işlər orqanlarına gətirilən yetkinlik yaşına çatmayanların sayı son 2 ildə təxminən 2,5 dəfə artıb. Belə ki, 2023-cü ildə dilənçilik etdiyi üçün daxili işlər orqanlarına 370 yetkinlik yaşına çatmayan şəxs gətirilib.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz