Yeni səfir təyinatları oldu


Zaur Rəşid oğlu Əhmədov Azərbaycanın İsveç Krallığında, eyni zamanda Danimarka Krallığında, Finlandiya Respublikasında və Norveç Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Yeniavaz.com
xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamları ilə Elnur İxtiyar oğlu Sultanov Azərbaycanın Latviyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb və Azərbaycanın İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Həmçinin Prezidentin digər sərəncamı ilə həmin vəzifəyə Nərminə Elsevər qızı Mustafayeva Azərbaycanın Latviyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.

DİGƏR XƏBƏRLƏR

Top