“Sabah”ın pley-off mərhələsindəki rəqibi məlum oldu


UEFA Çempionlar Liqasının pley-off mərhələsi üçün bütün cütlüklər məlum olub.
Yeniavaz.com
xəbər verir ki, avqustun 11-i Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları keçirilib.
Azərbaycanın “Sabah” klubu Danimarkanın “Orhus” klubuna qalib gələrək (4:0; 1-2), tarixində ilk dəfə UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.
Onun pley-off mərhələsindəki rəqibi İsrailin “Hapoel” klubu olacaq. İsrail təmsilçisi 3-cü təsnifat mərhələsinin hər iki oyununda Serbiyanın “Srvena Zvezda” klubunu məğlub edərək (1:0, 2:0) pley-off mərhələsinə vəsiqə qazanıb.
2026/2027 Çempionlar Liqasının pley-off mərhələsindəki digər cütlükləri təqdim edirik:
“Fənərbağça” (Türkiyə) – “Lion” (Fransa);
“NEK Neymeqen” (Niderland) – “Budyo-Qlimt” (Norveç);
“Slovan” (Slovakiya) – “Tsele” (Sloveniya);
“Seltik” (Şotlandiya) - LASK (Avstriya);
“Dinamo” (Zaqreb, Xorvatiya) – “Vikinq” (Norveç);
“Levski” (Bolqarıstan) - AEK (Yunanıstan).


Bu mərhələnin ilk oyunları 18 avqustda, cavab oyunları isə 25 avqustda keçiriləcək. Bu matçların qalibləri Çempionlar Liqasının əsas mərhələsinə, məğlublar isə Avropa Liqasının əsas mərhələsinə vəsiqə qazanacaqlar.
Qeyd edək ki, hazırkı Çempionlar Liqasının qalibi PSJ-dir. 2025/2026 mövsümünün finalında Paris klubu Londonun “Arsenal” klubunu məğlub edib (1-1, penaltilərdə 4-3).

DİGƏR XƏBƏRLƏR

Top