
Ötən il Azərbaycanda hüquqpozmalarla əlaqəli 9 min 23 nəfər axtarışda olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu şəxslərin 1,7%-i və ya 152 nəfəri hərbi xidmət əleyhinə cinayətlərə görə axtarışda olub.
Qeyd edək ki, hərbi xidmət əleyhinə cinayətlərə görə axtarışda olanların 22,4%-ni və ya 34 nəfərini fərarilər təşkil edib.
Müqayisə üçün bildirək ki, axtarışda olan fərarilərin sayı son 15 ildə təxminən 4 dəfə azalıb. Belə ki, 2010-cu ildə axtarışda olan fərarilərin sayı 127 nəfər olub.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz