Rusiyaya qarşı sanksiyaların ləğvi barədə fərman hazırlanıb

ABŞ prezidenti Donald Trampın administrasiyası Rusiya əleyhinə sanksiyaların ləğvi ilə bağlı zəruri sənədləri hazırlayıb. “RİA Novosti” xəbər verir ki, bunu “Atlantic Council” analitik mərkəsinin elmi əməkdaşı Fabris Potye bildirib. “Mənbələr xəbər verir ki, Trampın administrasiyasında prezidentin Rusiyaya qarşı sanksiyaların aradn qaldırılması ilə bağlı əmri hazırlanıb”, - Potye yazıb və xatırladıb ki, Moskva, Berlin və Vaşinqton arasında danışıqlar şənbə gününə nəzərdə tutulur. Məlumatda o da deyilir ki, sanksiyaların aradan qaldırılması ilə bağlı xəbəri Amerikanın “Politico” nəşrinin əməkdaşı Syuzan Qlasser də təsdiq edib. “Bir neçə mənbə bildirir ki, fərmana müvafiq olaraq, sanksiyalar birtərəfli qaydada ləğv ediləcək”, - o yazıb.Virtualaz.org

DİGƏR XƏBƏRLƏR

Top