Kriştianu Ronaldo evləndi


Beşqat “Qızıl top” mükafatçısı və futbol tarixinin ən çox qol vuran oyunçusu Kriştianu Ronaldo model Corcina Rodriqeslə evlənib.
Yeniavaz.com
xəbr verir ki, bu barədə “The Sun” qəzeti məlumat yayıb.
Məlumata görə, o, evliliyini “İnstaqram” səhifəsində elan edib.
Nəşrin məlumatına görə, toy 8 avqustda keçirilməli idi. Onların Funşal Katedralında evlənəcəkləri, ardınca isə beşulduzlu oteldə qəbul təşkil edəcəkləri bildirilirdi.
Qeyd edək ki, Ronaldo əvvəllər toyun 2026-cı il Dünya Kubokundan sonra və Səudiyyə Ərəbistanı Liqası mövsümünün başlamasından əvvəl baş tutacağını bildirmişdi. O, Rodriqesin böyük şənlikləri sevmədiyi üçün tədbirin qapalı keçiriləcəyini qeyd etmişdi.
Xatırladaq ki, Ronaldonun 41 yaşı var. O, beşqat Çempionlar Liqasının, Avropa çempionunun və ikiqat Millətlər Liqasının qalibidir. O, milli komandalar, Avropa çempionatları, Çempionlar Liqası və Klublararası Dünya Kuboku tarixində ən çox qol vuran oyunçudur. O, 2022-ci ilin dekabr ayından bəri Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda oynayır. Hücumçu karyerası ərzində Portuqaliyanın “Sportinq”, İngiltərənin “Mançester Yunayted”, İtaliyanın “Yuventus” və İspaniyanın “Real Madrid” klublarında oynayıb.

DİGƏR XƏBƏRLƏR

Top