
Bu ilin yanvar-iyul aylarında istehlak qiymətləri ötən ilin yanvar-iyul aylarına nisbətən 5,7 faiz artıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,8 faiz, qeyri-qida məhsulları üzrə 3,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,7 faiz təşkil edib.
Məlumat üçün bldirək ki, Mərkəzi Bank Azərbaycanda baza ssenarisi üzrə illik inflyasiyanın 2026-cı ildə 6,1 faiz olacağını proqnozlaşdırıb.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz