
DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qaradağ və Suraxanı rayonlarında keçirilən tədbirlərlə əvvəllər narkotiklərlə əlaqəli cinayətinə görə məhkum olunan Ceyhun Heydərov, Məhərrəm İbrahimov və Elvin Əsgərov saxlanılıblar.
Yeniavaz.com Nazirliyin yaydığı məlumata istinadla xəbər verir ki, onlardan ümumilikdə 46 kiloqram narkotik vasitə aşkarlanıb.
“Saxlanılan şəxslərin xaricdə yaşayan narkotacirlərin tapşırıqları ilə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”, - məlumatda deyilir.
Tətbiqimizi yükləyə bilərsiniz