
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində “Sabah” - “Orhus” (Danimarka) matçı baş tutub.
Yeniavaz.com xəbər verir ki, Masazırdakı “Bank Respublika Arena”da keçirilən qarşılaşma ev sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Velko Simiç (59), Stiv Solvet (67), Coy-Lens Mikels (78) və Xander Severina (89) Bakı klubunun qələbə qollarını vurublar.
Bununla da “Sabah” tarixində ilk dəfə UEFA Çempionlar Liqasının pley-off mərhəlısinə vəsiqə qazanıb.
Tətbiqimizi yükləyə bilərsiniz