Bir şəhər yanaraq kül oldu

Çilidə bir neçə həftədir davam edən meşə yanğınları bir şəhəri tamamilə külə çevirib. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ölkənin Maula bölgəsinin ən böyük yaşayış məntəqəsi olan Santa Olqa şəhərində aralarında məktəblər, uşaq bağçaları, mağazalar və poçt binalarının olduğu mindən çox bina kül olub. Yanan şəhərin dağıntıları altından daha sonra bir nəfərin cəsədi tapılıb, iki nəfərin isə itkin düşdüyü bildirilir. Çilidə son həftələrdir ot örtüyünün qurumasına səbəb olan yüksək hava temperaturu 90-dan çox meşə yanğınına rəvac verib. 5 mindən çox yanğınsöndürmə və hərbi dəstələrin cəlb edilyi meşə yanğınları üçün ölkəyə beynəlxalq yardımlar da göndərilib. Meşə yanğınlarına görə Çili prezidenti Miçel Baçelet fövqəladə vəziyyət rejimi tətbiq edib. Yanğınlar 238 min kektar meşə sahəsinin kül olmasına, 4 min insanın təxliyə edilməsinə səbəb olub, ümimilikdə isə 7 nəfər yanğınlara görə həlak olub.

DİGƏR XƏBƏRLƏR

Top