Andraş Baku Macarıstan prezidenti seçildi


Macarıstan Milli Assambleyası (birpalatalı parlament) Ali Məhkəmənin keçmiş sədri (2009-2011) Andraş Bakanı yeni dövlət başçısı seçib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Nepszava” qəzeti məlumat yayıb. 
Bildirilib ki, onun namizədliyi hakim “Tisa” partiyası tərəfindən irəli sürülüb.
Gizli səsvermə zamanı parlamentin 140 üzvü lehinə, 6 nəfər isə əleyhinə səs verib. Qəzet Bakanın 19 avqustda vəzifəsinin icrasına başlayacağını bildirir.

DİGƏR XƏBƏRLƏR

Top