Qazaxıstan neft ixracında BTC-dən istifadəni artırmağı nəzərdən keçirir


Qazaxıstan neft ixracında Bakı-Tbilisi-Ceyhan (BTC) və Bakı-Supsa marşrutlarından istifadəni artırmağı nəzərdən keçirir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin energetika nazirinin müşaviri Asel Serikpayeva dövlət informasiya agentliyi “Qazinform”a açıqlamasında danışıb.
Nazir müavini bildirib ki, Qazaxıstan neftinin Rusiyadan keçməyən alternativ marşrutlarla ixracını artırmağı nəzərdən keçirir.
Qeyd olunub ki, bu marşrutlar arasında BTC və Bakı-Supsa neft kəmərləri, həmçinin Xəzər dənizi vasitəsilə Azərbaycan istiqaməti də var.
Qazaxıstan Energetika Nazirliyinin məlumatına əsasən, iyul ayında Xəzər Boru Kəməri Konsorsiumu (CPC) tərəfindən neft qəbuluna müvəqqəti məhdudiyyətlərin tətbiqindən sonra ölkə neftinin müəyyən hissəsi alternativ ixrac marşrutlarına yönləndirilib.
Neftin bir hissəsi Aktau limanına, həmçinin Atasu–Alaşankou və Atırau–Samara istiqamətlərinə göndərilib.
Bununla yanaşı, Qazaxıstan neftinin Xəzər dənizi vasitəsilə Azərbaycana çatdırılaraq BTC sistemi ilə, eləcə də Bakı-Supsa neft kəməri ilə nəqlinin artırılması imkanlarını nəzərdən keçirir.
Hazırda Qazaxıstan neftinin müəyyən hissəsi BTC kəməri ilə ixrac olunur. Bu marşrut üzrə ölkənin illik ixrac həcmi təxminən 1,2 milyon ton təşkil edir.
Asel Serikpayevanın sözlərinə görə, Azərbaycan Qazaxıstandan qəbul etdiyi neftin illik həcmini 2,2 milyon tona qədər artırmağa hazır olduğunu bildirib.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top