Usta işlədiyi evdən 10 minlik qızıl oğurladı


Paytaxtın Suraxanı rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb.
Yeniavaz.com
xəbər verir ki, rayon sakinlərindən biri polisə müraciət edərək evindən 10 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 42 yaşlı V.Məmmədov saxlanılıb. O, hadisəni usta kimi işlədiyi evdə törədib.
Araşdırmalar davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top