Bəşər Əsəd və qardaşı barəsində ölüm hökmü verildi


Suriyada məhkəmə 14 il davam edən və təxminən yarım milyon insanın ölümünə səbəb olan münaqişə zamanı insanlığa qarşı cinayətlər və müharibə cinayətləri törətməkdə ittiham olunan devrilmiş prezident Bəşər Əsədi və onun kiçik qardaşı Mahiri çərşənbə axşamı qiyabi olaraq ölüm cəzasına məhkum edib.
Yeniavaz.com
AP-yə istinadla xəbər verir ki, eyni iş üzrə Əsədin ana tərəfdən əmisi oğlu Atif Nəcib də ölüm cəzasına məhkum edilib.
O, Dəraa vilayətində etirazların və daha sonra vətəndaş müharibəsinin başlamasına səbəb olan repressiyalara rəhbərlik etməkdə ittiham olunurdu.
Gücləndirilmiş təhlükəsizlik tədbirləri şəraitində keçirilən məhkəmə iclasında Nəcib məhbus geyimində qəfəsin içində dayanıb və hakim hökmü oxuyub.
Qeyd edək ki, Əsəd və onun qardaşı Mahir üsyançıların 2024-cü ilin dekabrında Dəməşqə daxil olmasından sonra Rusiyaya qaçıblar.
Nəcib isə daha sonra saxlanılıb və məhkəmə qarşısına çıxarılan ən yüksək vəzifəli keçmiş məmurlardan biri olub.
Atif Nəcib keçmiş Suriya ordusunun briqada generalıdır. O, 2011-ci ildə Bəşər Əsədin hakimiyyəti dövründə Suriyanın cənubundakı Dəraa vilayətində Siyasi Təhlükəsizlik İdarəsinin rəhbəri vəzifəsində çalışıb.

DİGƏR XƏBƏRLƏR

Top