İranın zərbələri nəticəsində ABŞ hərbi infrastrukturuna dəyən ziyan açıqlandı


İranın cavab zərbələri nəticəsində Yaxın Şərqdəki ABŞ hərbi obyektlərinə və texnikalarına dəyən ümumi ziyan artıq 13 milyard dolları keçib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti öz hesablamalarına istinadla məlumat yayıb.
Nəşr qeyd edir ki, 28 fevralda İrana qarşı ABŞ-İsrail hərbi əməliyyatının başlamasından bəri İran Yaxın Şərqdəki hədəflərə 2000-dən çox raket və pilotsuz təyyarə hücumu həyata keçirib. Səkkiz ölkədə ABŞ-yə bağlı ən azı 20 hərbi obyektə ziyan dəyib.
Bundan əlavə, İran silahlı qüvvələri əsasən böyük dronlar, eləcə də ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təxminən 42 ABŞ təyyarəsinə ziyan vurub və ya məhv edib.
Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı müharibəyə başlayıblar. İyun ayında Vaşinqton və Tehran Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edən anlaşma memorandumu imzalayıblar. Lakin 8 iyul gecəsi ABŞ Hörmüz boğazı ilə bağlı razılaşmanın şərtlərini pozmaqda ittiham edərək İrana qarşı genişmiqyaslı hücumları bərpa edib.

DİGƏR XƏBƏRLƏR

Top