Sərhədçilər Horadizdə 35 kq narkotiki dövriyyədən çıxarıblar


Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 35 kiloqram 85 qram narkotik vasitə və 1980 ədəd psixotrop tərkibli Metadon M-40 həbi aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə DSX-nin rəsmi saytında məlumat dərc olunub.
Qeyd olunub ki, fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top