Tramp təhlükəsizliyə görə raketlərin əhatəsində qolf oynayır – Video


Donald Tramp Nyu-Cersi ştatının Bedminster şəhərində qolf oynayarkən ABŞ Məxfi Xidməti onu qorumaq üçün əraziyə ”AN/TWQ-1 Avenger” qısa mənzilli hava hücumundan müdafiə sistemləri yerləşdirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The War Zone” (TWZ) portalı məlumat yayıb.
Portalın məlumatına görə, son günlər sosial mediada Trampın qolf oynayarkən, arxa planda tikanlı məftillərin və Amerika hava hücumundan müdafiə sistemlərinin aydın göründüyü şəkillər yayılıb.
Son görüntülər isə Amerika liderinin həftəsonu Nyu-Cersidəki meydançasında “LIV Golf” turnirinin final mərhələsində iştirak etməsindən sonra ortaya çıxıb.
ABŞ prezident administrasiyasının nümayəndələri portala fotoların həqiqiliyini təsdiqləyiblər.
Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) isə öz növbəsində bildirib ki, “Avenger” hava hücumundan müdafiə sistemi həqiqətən də prezidenti qorumaq üçün istifadə olunub. Lakin komandanlıq bununla bağlı təfərrüatları açıqlamaqdan imtina edib.
Elə həmin gün Amerika F-16 qırıcı təyyarələri Trampın qaldığı Bedminster qolf klubu üzərində uçuş məhdudiyyətlərini pozan bir neçə təyyarəni ələ keçirib.
Qeyd edək ki, Amerika lideri bu günə qədər üç sui-qəsdin hədəfi olub. İlk iki sui-qəsd 2024-cü ildə yenidən prezident seşilmək üçün seçki kampaniyası zamanı baş verib. İyul ayında o, Pensilvaniya ştatının Batler dairəsində keçirilən seçki mitinqində güllələnib. İki ay sonra Trampın qaldığı Florida ştatının Palm Biç şəhərindəki Tramp Beynəlxalq Qolf Klubunda başqa bir hücumçu silahla saxlanılıb. Üçüncü sui-qəsd cəhdi 25 aprel 2026-cı ildə Vaşinqtondakı Vaşinqton Hilton Otelində, Amerika administrasiyasının bütün yüksək rəhbərliyinin iştirak etdiyi illik Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulu zamanı baş verib.

DİGƏR XƏBƏRLƏR

Top