Pezeşkian Xameneinin vəziyyətini açıqIadı


İran Prezidenti Məsud Pezeşkian ali dini lider Müctəba Xameneinin səhhətinin yaxşı olduğunu və özünü yaxşı hiss etdiyini bildirib.
Yeniavaz.com
“Fars” agentliyinə istinadla xəbər verir ki, o bu barədə siyasi partiya liderləri ilə görüşü zamanı danışıb.
Pezeşkian Xamenei ilə bir gün əvvəl keçirdiyi görüşdən bəhs edərək, görüşün səmərəli olduğunu qeyd edib.
“Bütün məsələləri müzakirə etdik. Onun səhhəti yaxşıdır. Bizimlə yeddi saat danışan birinin səhhətində problem ola biləcəyini təsəvvür etmək mümkün deyil”, - deyə İran Prezidenti bildirib.
O əlavə edib ki, bu görüş zamanı onlar Xamenei ilə fikir mübadiləsi aparıblar və onun göstərişlərini dinləyiblər.

DİGƏR XƏBƏRLƏR

Top