
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, görüntülərdə əks olunan qurğu sürət ölçən cihaz deyil.
Yeniavaz.com xəbər verir ki, qurum sözügedən elektron cihazın yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyinin ölçülməsi və nəqliyyat axınının monitorinqi məqsədilə istifadə olunduğunu açıqlayıb.
“Cihaz vasitəsilə nəqliyyat vasitələrinin hərəkət intensivliyi ilə bağlı məlumatlar toplanılır və bu məlumatlar yol hərəkətinin təşkili, nəqliyyat axınının təhlili və idarə olunması prosesində istifadə edilir. Qeyd olunan qurğunun inzibati xəta barədə elektron protokol tətbiq etmək funksiyası yoxdur”, - deyə NİİM-in məlumatında deyilir.
***09:53
Zığ-Hövsan-Hava limanı (“Beton yol”) yolunda yeni radarların quraşdırılıdığı bildirilir.
Yeniavaz.com xəbər verir ki, bununla bağlı sürücülərdən biri sosial media hesabında kadrlar yayıb.
O bildirib ki, yeni quraşdırılan radarlar digərlərindən fərqli olaraq avtomobili ön tərəfdən yox, arxa tərəfdən çəkir.
Sözügedən şəxs sürücüləri ehtiyatlı olmağa çağırıb.
Həmin kadrları təqdim edirik:
Tətbiqimizi yükləyə bilərsiniz