Putin yeni vəzifə təsis etdi

Rusiya prezidenti Vladimir Putin yeni vəzifə təsis edib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, V. Putin Rusiya Dövlət Duması fraksiyalarının rəhbərlərinin müşavirləri vəzifəsinin tətbiqi barədə fərman imzalayıb. Ötən ilin noyabrında Dövlət Dumasının sədr müavini, Rusiya Liberal Demokrat Partiyasının üzvü İqor Lebedev bildirmişdi ki, gələn ildən fraksiyalarda müşavirlər olacaq, onların sayı 4 nəfər təşkil etməlidir. Dövlət Dumasındakı mənbə bildirib ki, müşavirlərin maaşı 190 min rubl təşkil edə bilər.

DİGƏR XƏBƏRLƏR

Top