
İyul ayında okean səthinin orta temperaturu meteoroloji qeydlərdə rekord həddə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Yerin məsafədən zondlanması və xəritələşdirilməsi üzrə Avropa proqramının hesabatında öz əksini tapıb.
Hesabata görə, Yer kürəsinin 60 dərəcə cənub və 60 dərəcə şimal enlikləri arasındakı qütb olmayan bölgələrində okean səthinin orta temperaturu +20,96°C olub. Bu, 2023-cü ilin iyul ayında qeydə alınan əvvəlki +20,89°C rekordunu üstələyib.
Hesabatda qeyd edilir ki, 19 iyundan bəri okean temperaturu hər gün yüksəlib və bütün dövrlərin ən yüksək səviyyəsinə yaxınlaşıb. Hazırkı rekord 21,09°C-dir və bu, 2024-cü ilin mart ayında qeydə alınıb. 31 iyulda isə temperatur 21,05°C olub.
Alimlər bildirirlər ki, iyun ayında okean səthinin temperaturunun yüksəlməsinə El Nino fenomeni səbəb olub. Nəticədə bu, dəniz suyunun orta temperaturunun artmasına gətirib çıxarıb.
Bununla belə, digər bölgələrdə də yüksək temperatur müşahidə olunur. Belə ki, iyul ayı Amerika Birləşmiş Ştatlarında qeydə alınan ən isti ay olub.
Tətbiqimizi yükləyə bilərsiniz