Livan və İsrail arasında növbəti danışıqlar nə vaxt keçiriləcək?


ABŞ-nin himayəsi altında Livan və İsrail nümayəndə heyətləri arasında danışıqların növbəti mərhələsi payıza qədər baş tutmayacaq.
Yeniavaz.com
xəbər verir ki, “Əl Mayadeen TV” bu barədə diplomatik mənbəyə istinadən məlumat yayıb. 
Mənbənin sözlərinə görə, yaxın gələcəkdə danışıqlar gözlənilmir:
“Əgər yeni danışıqlar mərhələsi baş tutarsa, çox güman ki, yaydan sonra olacaq”.
Mənbə həmçinin bu mərhələdə ölkələr arasında birbaşa danışıqların mümkünlüyünü istisna edib.
4-6 avqust tarixlərində Romada keçirilən yeddinci məsləhətləşmə mərhələsinin nəticələrini şərh edən o, Amerika və İsrail tərəflərinin artıq razılaşdırılmış iki ərazidə irəliləyiş əldə olunana qədər Livanın “pilot zonalar”ın genişləndirilməsi təklifini rədd etdiklərini bildirib. 

DİGƏR XƏBƏRLƏR

Top