
Səkkizqat “Qızıl top” mükafatçısı və 2022-ci il Dünya Kuboku çempionu argentinalı hücumçu Lionel Messi atasının dəfn mərasimi zamanı ailəsinin şəxsi həyatını pozan yerli media orqanlarına qarşı qanuni tədbirlər görmək niyyətindədir.
Yeniavaz.com xəbər verir ki, jurnalist Fran Kasaretto bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.
“Lionel Messi təsdiqlədi ki, Xorxe Messinin dəfn mərasimi zamanı ailəsinin şəxsi həyatını pozan Argentina mediasına qarşı qanuni tədbirlər görəcək”, - Kasaretto yazıb.
Xatırladaq ki, Lionel Messinin atası Xorxe Messinin ölümü 8 avqustda açıqlanıb. Ölüm səbəbi açıqlanmayıb. Onun 68 yaşı var idi.
Tətbiqimizi yükləyə bilərsiniz