
Kolumbiyanın qərbində, Çoko departamentində zəlzələ baş verib.
Yeniavaz.com xəbər verir ki, Kolumbiya Geoloji Xidməti onun gücünü 6,7, ABŞ Geoloji Xidməti isə 7,4 bal olaraq qiymətləndirib.
“Biz indicə ciddi seysmik hadisə yaşadıq. Afteşoklardan narahatıq. Episentr San Jose del Palmar şəhərində olsa da, bölgənin paytaxtı Kibdoda da itkilər və binalara ciddi ziyan dəyib. Zərəri qiymətləndiririk”, - Çoko qubernatoru Nubia Kordoba-Kuri bildirib.
Yeraltı təkanlar Çoko departamentindən kənarda da hiss olunub. Kaldas departamentinin paytaxtı Manizalesdən çəkilmiş videolar sosial mediada yayılıb. Videolarda binaların şiddətlə titrədiyi və şəhərin kafedralının qüllələrindən birinin uçduğu görünür. Mediada yayılan məlumatlara görə, kafedrala ziyan dəyib.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, Valle del Kauca departamentinin Kali şəhərində təxminən 20 bina uçub, dağıntılar altında qalan insanlar var.
Tətbiqimizi yükləyə bilərsiniz