
Rusiyanın Gelendjik şəhərinin sakinləri işıqsız qalıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə 93.ru məlumat yayıb.
Bildirilib ki, bu səhər tezdən şəhər Ukrayna dronlarının hücumlarına qarşı həyəcan siqnalı verib, vaxtaşırı siren səsləri eşidilir və çimərliklər bağlanıb.
Qeyd edilib ki, ətraf kəndlərdə və Novorossiyskdə də elektrik kəsilib. Krasnodarda elektrik kəsintisinə görə 70-dən çox svetofor sönüb.
Gelendjik bələdiyyə idarəetmə mərkəzi bildirib ki, elektrik kəsintiləri daha yüksək səviyyəli şəbəkə təşkilatında avtomatlaşdırılmış yük azaltma sisteminin işə salınması səbəbindən baş verib.
Tətbiqimizi yükləyə bilərsiniz