Rusiyada arvadı döymək artıq cinayət hesab edilməyəcək

Rusiya Dövlət Duması üçüncü, yekun oxunuşda ailə üzvlərinə və digər qohum şəxslərə qarşı zorakılıqların dekriminallaşdırılması haqqında qanunu qəbul edib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, qanun layihəsi Cinayət Məcəlləsinin 116-cı maddəsinə dəyişikliklərin edilməsini nəzərdə tutur. Dəyişikliyə əsasən, qohum şəxslərə qarşı zorakılıqlar cinayət sayılmaqdan çıxarılır. Bununla da onlar inzibati xətalara aid ediləcək. Hazırda ailədə zorakılığa görə, icbari işlər (360 saatadək), islahedici işlər (1 ilədək), azadlığın məhdudlaşdırılması və ya məhrum edilməsi (2 ilədək), icbari işlər (2 ilədək) və ya 6 ay müddətinədək həbs qismində cəzalar nəzərdə tutulub. Qanun layihəsinə əsasən, təkrar zorakılığa yol verən şəxs artıq qanunvericiliyin cinayət normalarına görə cəlb ediləcək.

DİGƏR XƏBƏRLƏR

Top