
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib. "Yeniavaz.com" xəbər verir ki, bu barədə AMB-dən məlumat verilib. Verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1,9165 səviyyəsində formalaşıb. Qeyd edək ki, dünən - yanvarın 26-da USD/AZN rəsmi məzənnəsi 1,9068 manat təşkil edib və banklar dolları 1,97-1,99 manatdan satıblar. Bu isə o deməkdir ki, dollar sabah banklarda 2 manatdan baha satılacaq.
Tətbiqimizi yükləyə bilərsiniz