Vaqif Sadıqov səfir vəzifəsindən geri çağırıldı – Yeni təyinat


Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycan Respublikasının Belçika Krallığında, eyni zamanda Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı vəzifələrindən geri çağırılıb.
Yeniavaz.com
xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Digər sərəncamla Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

DİGƏR XƏBƏRLƏR

Top