
“Barselona” polşalı keçmiş hücumçusu Robert Levandovskini klubun “Əfsanələr” bölməsinə daxil edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə klub rəsmi saytında məlumat dərc edib.
Beləliklə, o, Kataloniya klubunun tarixində ən əhəmiyyətli iz buraxan futbolçular siyahısına qoşulub.
Bu bölmədə həmçinin Lionel Messi, Xosep Qvardiola, Dieqo Maradona, Yohan Kroyff və digər “Barselona” və dünya futbol əfsanələri yer alır.
Qeyd edək ki, Levandovski 2022-ci ilin yayından bəri “Barselona”da çıxış edib. O, “Barselona”ya “Bavariya”dan keçib. Təcrübəli hücumçu 4 illik müqaviləsi başa çatdıqdan sonra bu ilin yayında komandadan ayrılıb.
Ümumilikdə, hücumçu kataloniyalılar üçün bütün yarışlarda 193 oyun keçirib, 120 qol vurub və 24 məhsuldar ötürmə edib.
Polşalı futbolçu “Barselona” ilə üç İspaniya çempionluğunu, İspaniya Kubokunu və üç İspaniya Super Kubokunu qazanıb.
Tətbiqimizi yükləyə bilərsiniz