
Samuxda Kürdə batan 17 yaşlı qızın – Gəncə şəhər sakini Məmmədova Gülnaz Elçin qızının meyiti tapılıb.
Yeniavaz.com xəbər verir ki, onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qızın nənəsi Gülnaz Məmmədova APA-y a bildirib ki, hadisə nəvələri suda çiməndə baş verib:
“Gözümüz baxa-baxa nəvəm suda birdən yoxa çıxdı. Oğlum, digər nəvəm dalınca getdi, tapa bilmədi. Keçən dəfə də gəlmişdik. Həmişə üzürdü. Gülnaz elə bilib ki, qardaşı boğulur, onun dalınca suya girdi”.
Nənəsi onu da bildirib ki, nəvəsi idmançıdır, bir neçə yarışın qalibi olub. O, Gülnazın bu il 11 ci sinfi bitirdiyini də deyib.
“Samux təmsilçisi Gülnaz Məmmədova kikboksinq idman növü ilə məşğul olub. Sonuncu dəfə Gəncədə keçirilən Kikboksinq üzrə XXX Azərbaycan birinciliyində qızıl medal qazanıb”, - agentlik yazır.
Tətbiqimizi yükləyə bilərsiniz