Böyük Britaniya ən isti günlərin sayına görə rekord vurdu


Böyük Britaniya 30°C və daha yüksək temperaturun olduğu günlərin sayına görə rekorda imza atıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.
Məlumata görə, bu il belə isti günlərin ümumi sayı 35-ə çataraq, 1995-ci ildə qeydə alınan 34 günlük əvvəlki rekordu yeniləyib.
Rekord +30,6°C ilə bazar günü, ölkənin cənub-şərqindəki Kent qraflığında qeydə alınıb.
Sinoptiklər gələn həftə Böyük Britaniyada yeni isti dalğasının baş verəcəyini və temperaturun 35°C-yə yaxınlaşacağını gözləyirlər.
Digər tərəfdən, avqustun 4-də Avstriyada havanın temperaturu rekord həddə - +41°C- yə çataraq, əvvəlki +40,5°C-lik rekordu yeniləyib.

DİGƏR XƏBƏRLƏR

Top