
“İran, ABŞ və İsrail arasında müharibə zamanı Tehranla Bakı arasında müəyyən çətinliklər yaranmışdı. Azərbaycan daha əvvəl bir sıra marşrutları bağlamış, İran banklarından birinin fəaliyyəti isə dayandırılmışdı. Lakin aparılan danışıqlardan sonra vəziyyəti tənzimləmək mümkün olub”.
Yeniavaz.com xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
“Azərbaycanla bağlı bəzi siyasi məsələlərə baxmayaraq, dialoq və əməkdaşlıq davam edir”, – deyə İran Prezidenti bildirib.
O vurğulayıb ki, Tehran Bakı ilə əlaqələri qoruyub saxlayıb və ortaya çıxan problemlərin həlli üçün danışıqlar aparıb.
Pezeşkianın sözlərinə görə, nəticədə Azərbaycan İrana, o cümlədən marşrutlarla bağlı məsələlərdə lazımi dəstəyi göstərib:
“Azərbaycan yolları, bankımızı bağlamışdı. Zəng etdik, onlarla danışdıq. İki saat çəkmədi, hər şey yenidən açıldı. Bank da, səfirlik də, yol da açıldı. Müharibə zamanı onlar bizə çox kömək oldu. İstər Rusiyanın malları olsun, istər öz mallarının daşınmasında – nə istədik, kömək etdilər, dəstək oldular”
İran Prezidenti həmçinin qeyd edib ki, ümumilikdə müharibədən sonra Tehranın qonşu dövlətlərlə münasibətləri yaxşılaşır:
“Pakistan, Əfqanıstan və Türkmənistan İrana dəstək göstərir, Rusiya və İraq isə ölkəyə yaxşı kömək ediblər”.
Tətbiqimizi yükləyə bilərsiniz