İran Hörmüz boğazı ilə bağlı qanun layihəsini təsdiqlədi


İran Məclisinin (birpalatalı parlament) Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsi Hörmüz boğazının idarə olunması ilə bağlı yeni qanun layihəsini təsdiqləyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
“Parlamentin Milli Təhlükəsizlik Komitəsi “Hörmüz boğazı və Fars körfəzinin təhlükəsizliyini və davamlı inkişafını təmin etmək üçün strateji tədbirlər haqqında” qanun layihəsini təsdiqləyib”, - kanal bildirib.
Qeyd edək ki, avqustun 7-si İran parlamentinin sədrlik üzvü Əlirza Səlimi İran parlamentinin ABŞ və İsraillə əlaqəli gəmilərin Hörmüz boğazından keçməsini qadağan edən qanun layihəsini nəzərdən keçirdiyini açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top