Ermənistan yüklərin daşınması üçün alternativ yollar axtarır

Ermənistanın baş naziri Karen Karapetyan Rusiya və Gürcüstanın müvafiq qurumları ilə alterantiv yollarla yük daşınmalarının müzakirə edilməsi barədə göstəriş verib. "Yeniavaz.com"un Sputnik-georgia.ru saytına istinadən verdiyi məlumata görə, buna səbəb Yuxarı Lars məntəqəsində yaranmış ağır vəziyyətdir. Öz növbəsində Ermənistan Sahibkarlar İttifaqının sədri Arsen Kazaryan mətbuata verdiyi açıqlamada deib ki, Ermənistana yüklərin alternativ yollarla daşınması üçün Cənubi Osetiya ərazindən istifadə edilməsi nəzərdə tutulub. Bunun üçünsə yeni tunel və körpülərin inşa edilməsinə ehtiyac var: "Yaxın vaxtlarda Rusiya, Gürcüstan və Ermənistan arasında Cənubi Osetiyadan Ermənistana yük daşınması məsələsi müzakirə ediləcək. Biz bu məsələdə ortaq məxrəcə gəlməyə ümid edirik".

DİGƏR XƏBƏRLƏR

Top