
Rusiya 2028-ci il Avropa Su İdmanı Çempionatına ev sahibliyi edə bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə Avropa Su İdmanı Prezidenti António Silva məlumat verib.
“Rusiyanın 2028-ci il Avropa Çempionatına ev sahibliyi etmək hüququ var. Onlar 2024-cü ildə turnirə ev sahibliyi edə bilmədilər və indi 2028-ci ildir.
Konteksti qiymətləndirib Rusiya Su İdmanı Federasiyası, Avropa Federasiyası və Tatarıstan hökuməti də daxil olmaqla bütün maraqlı tərəflərlə müzakirə etməliyik. Bunu yaxın günlərdə edəcəyik. Daha sonra Avropa Su İdmanı Bürosu ilə danışıb qərar verəcəyik”, - Silva deyib.
Qeyd edək ki, Kazan əvvəlcə 2024-cü il Avropa Çempionatına ev sahibliyi etməli idi, lakin Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Rusiyada beynəlxalq yarışların keçirilməməsi tövsiyəsinə görə turnir Serbiyanın Belqrad şəhərinə köçürüldü.
Tətbiqimizi yükləyə bilərsiniz