Xamenei Məsud Pezeşkianla görüşdü


İranın Ali Lideri Seyid Müctəba Hüseyni Xamenei ölkə Prezidenti Məsud Pezeşkianla görüşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin KİV-ləri məlumat yayıb. 
Məlumata görə, Pezeşkian prezidentliyinin üçüncü ilinin başlanması ilə əlaqədar Ayətullah Seyid Müctəba Hüseyni Xamenei ilə görüşərək fikir mübadiləsi aparıb.
Bildirilib ki, onlar görüşdə ölkədəki vəziyyəti müzakirə ediblər. 
Görüşdə ölkənin məsələləri və problemləri, xüsusilə əhalinin məişət ehtiyaclarının təmin edilməsi, üçüncü məcburi müharibənin hazırkı vəziyyəti və qarşıdakı dövr, hərbi sahədəki inkişaflar, maliyyə və enerji resurslarının təmin edilməsi və xərclərin – rial, valyuta və enerji üzrə – idarə olunması, həmçinin xarici tərəflərlə iqtisadi əməkdaşlıq məsələləri ətraflı müzakirə edilib.
 

DİGƏR XƏBƏRLƏR

Top