
İranın dövlət xəbər agentliyi “Mehr” Ali Rəhbər Müctəba Xameneinin mart ayında təyin olunduğundan bəri ilk videosunu yayımlayıb.
Yeniavaz.com xəbər verir ki, videoda Xamenei bir neçə nəfərin əhatəsində oturub. Çəkiliş tarixi dəqiqləşdirilməyib.
Qeyd edək ki, Müctəba Xamenei, hərbi əməliyyatın ilk günlərində ABŞ və İsrailin hava hücumunda atası Əli Xameneinin ölümündən sonra, martın əvvəlində İranın Ali Rəhbəri olub. Onun atası İslam Respublikasına 36 il rəhbərlik edib. Müctəba Xameneinin özü iqamətgahına edilən hava hücumunda yaralanıb və o vaxtdan bəri ictimaiyyət qarşısına çıxmayıb.
“The Times” qəzeti iyulun sonlarında İsrailin “Mossad” və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin İranın Ali Rəhbərini sağ olub-olmadığını və harada ola biləcəyini müəyyən etmək üçün birlikdə izləməyə çalışdığını bildirib. Qəzet qeyd edib ki, kəşfiyyat dairələrində bəzi şəxslər onun öldüyünü və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ABŞ ilə müharibə aparmaq qərarını qanuniləşdirmək üçün sadəcə onun sağ qaldığını iddia etdiyini bildirib.
Bu arada, ictimaiyyət qarşısında iştirak etməməsinə baxmayaraq, Müctəba Xameneinin sosial media hesablarında onun adından mesajlar yayılır. Məsələn, 26 iyulda İranın Ali Liderinin sosial şəbəkə hesabında Livanın ərazi bütövlüyünü dəstəklədiyi və İsrail təcavüzünə qarşı çıxış etdiyi bir mesaj yayılıb.
Tətbiqimizi yükləyə bilərsiniz