Tramp Rusiyaya qarşı sanksiyaları ləğv edir - İddia

Prezident Donald Trampın administrasiyası Rusiyaya qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılmasını nəzərdə tutan sənədlər üzərində hazırlıq işlərini başa çatdırıb. "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə "Atlantic Concil" analitik mərkəzinin əməkdaşı Fabris Potye "Tvitter"də yazıb: "Mənə yaxın olan mənbələrin məlumatına görə, Tramp administrasiyası Rusiyaya qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılmasını nəzərdə tutan fərman hazırlayıb".

Potye həmçinin xatırladıb ki, bununla əlaqədar Moskva, Berlin və Vaşinqton arasında bu həftənin sonunda, şənbə günü danışıqlar başlayacaq. Rusiyaya qarşı sanksiyaların aradan qaldırılacağını "Politico" nəşrinin əməkdaşı Suzan Qlasser də təsdiq edib: "Bir neçə mənbə mənə məlumat verib ki, Trampın imzalayacağı fərmanla Rusiyaya qarşı tətbiq edilən sanksiyalar birtərəfli qaydada aradan qaldırılacaq".

DİGƏR XƏBƏRLƏR

Top