Yanında işləyən şəxs evindən 10 min manat oğurladı


Xəzər rayonu ərazisində oğurluq faktı qeydə alınıb.
Yeniavaz.com
DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, zərərçəkmiş şəxs polisə müraciət edərək yaşadığı evdən 10 min manat pul vəsaitinin oğurlandığını bildirib.
“Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 35 yaşlı A.Sadıqov müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs zərərçəkmişin yanında işləyib və ev sahibinin mənzildə olmadığı müddətdə qeyd edilən əməli törədib.
Faktla bağlı araşdırmalar davam etdirilir”, - məlumatda qeyd olunub.

DİGƏR XƏBƏRLƏR

Top