Tramp Paşinyanla TRIPP layihəsinin hazırkı vəziyyətini müzakirə edib


Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.
Yeniavaz.com
News.am-a istinadla xəbər verir ki, Paşinyan Trampa 2025-ci il avqustun 8-də Ağ Evdə Sülh Sammitinin təşkilinə və Ermənistan ilə Azərbaycan liderləri tərəfindən qəbul edilmiş Sülh Bəyannaməsini şahid qismində imzaladığına görə təşəkkür edib.
Paşinyan sülhün bərqərar olmasında Prezident Trampın şəxsi səylərinin həlledici əhəmiyyət daşıdığını vurğulayıb.
Həmsöhbətlər Vaşinqtonda keçirilən Sülh Sammitinin Ermənistan və Azərbaycan arasında real sülhün əldə olunmasına gətirib çıxardığını məmnunluqla qeyd ediblər. Bildirilib ki, bu sülhü hər iki ölkənin xalqları görür və hiss edir.
“Telefon danışığı zamanı TRIPP layihəsinin həyata keçirilməsinin hazırkı vəziyyəti də müzakirə olunub.
Baş nazir Paşinyan və Prezident Tramp yaxın gələcəkdə TRIPP layihəsinin tikintisinə başlanılması ilə bağlı qətiyyətlərini bir daha təsdiqləyiblər.
Tərəflər həmçinin Ermənistan–ABŞ ikitərəfli münasibətləri və beynəlxalq gündəmlə bağlı digər məsələləri müzakirə ediblər”, - nəşr yazır.

DİGƏR XƏBƏRLƏR

Top