
İspaniya çempionu “Barselona”nın kapitanı və Uruqvay millisinin müdafiəçisi Ronald Arauxo İngiltərənin “Liverpul” klubuna keçir.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı insayder Fabritsio Romano yayıb.
O bildirib ki, tərəflər icarə müqaviləsi imzalayacaqlar.
Qeyd edək ki, Arauxo 2020-ci ildən bəri “Barselona”nın əsas komandasında oynayır. O, ötən mövsüm Kataloniya komandasında 38 oyun keçirib və 4 qol vurub.
“Transfermarkt” onun transfer dəyərini 20 milyon avro olaraq qiymətləndirir.
Tətbiqimizi yükləyə bilərsiniz