
Ağdaş rayonunda nikah yaşına çatmayan şəxsin nişan mərasiminin keçirilməsinin qarşısı alınıb.
Yeniavaz.com xəbər verir ki, mərasimi planlaşdıran şəxslər hadisə yerindən reportaj hazırlayan jurnalistlərə mane olmağa çalışıblar.
Bildirilib ki, hadisə ilə bağlı müvafiq ekspertizalar təyin edilib və yaranmış münaqişə artıq polis tərəfindən araşdırılır.
Hadisə vaxtı bir neçə şəxsin şadlıq evinin qarşısında çəkiliş edən İTV əməkdaşlarına hücum etməsinin anbaan görüntüləri də telekanal tərəfindən yayılıb.
Qeyd edək ki, 17 yaşlı yeniyetmənin valideynləri polisə dəvət olunub.
Tətbiqimizi yükləyə bilərsiniz